Kaçinskinin dəfn mərasimində Artur Rasizadə iştirak edəcək
15 Aprel 2010 Cümə Axşamı 15:20
Azərbaycan bu mərasimdə baş nazir səviyyəsində təmsil olunacaq.
Aprelin 10-da Rusiya ərazisində baş verən təyyarə qəzası zamanı həlak olan Polşa prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskinin dəfn mərasimində Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edəcək. Bu barədə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski məlumat verib.

Xatırladaq ki, mərhum Lex Kaçinski və xanımı Mariya Kaçinski bazar günü, aprelin 18-də Krakov şəhərinin Vavel qəsrinin kompleksinə daxil olan kafedral kilsədə dəfn olunacaqlar.

Xatırladaq ki, aprelin 13-dən Varşavadakı prezident sarayında Lex və Mariya Kaçinskilərlə vida mərasimi başlayıb. Vida mərasimi dəfn gününə qədər davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar