İyulun 22-də günəş tutulacaq
20 İyul 2009 Bazar Ertəsi 15:40
Bunun növbəti dəfə 2132-ci ildə təkrarlanacağı ehtimal edilir

Dünyanın ən çox əhali yaşayan iki ölkəsi Çin və Hindistan iyul ayının 22-də qaranlığa qərq olacaq. Hindistanın Gucart əəyalətində yerli saatla 06:23-də günəş tutlması müşahidə ediləcək. Qaranlıq 15 min km uzunluğu, 200 min km isə eninə olaraq Hindistan, Nepal, Banqladeş, Myama, Çin və Yaponiyanın Ryukyu adasında dəhliz yaradacaq. Qaranlıq 3-5 dəqiqə arasında davam edəcək. Mütəxəssislər dünyada iki milyard insanın bu hadisəni izləyə biləcəyini bildiriblər.
Bu cür hadisənin növbəti dəfə 2132-ci ildə olacağı ehtimal edilir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar