İvanişvili Azərbaycan və Ermənistanı barışdırmaq istəyib
30 Aprel 2013 Çərşənbə Axşamı 09:48
Gürcüstan baş naziri niyyətini açıqlayıb.
Gürcüstan baş naziri Bidzina İvanişvili Azərbaycan və Ermənistanı barışdırmaq istəyibmiş. ANS PRESS-in məlumatına görə, bu haqda Gürcüstan hökumət başçısı aprelin 29-da NATO-nun "Rouz-Ros" seminarı çərçivəsində erməni jurnalistlərə danışıb.
Onun sözlərinə görə, iqtisadiyyat münaqişələrin həllində böyük rol oynaya bilər: "Azərbaycan və Ermənistana olan səfərlərimi xatırlayıram. Onların barışmlarının nə qədər real olma persperktivini müəyyənləşdirmək üçün cəhd göstərdim. Hər üç tərəf- Azərbaycan, Gürcüstan və Ermənistan münaqişələrin iqtisadi münasibətlərimizə nə qədər zərbə vurduğunu yaxşı bilirik. Münaqişələr həllini tapsaydı, region daha rahat və sürətlə inkişaf edərdi".
DOSTLARINLA PAYLAŞ: