İttifaqın astanasında
01 İyun 2014 Bazar 22:44
Sarkisyan İlham Əliyevin cavabını verə biləcək dərəcədə müstəqil deyil.
Astana sözünün mənasını rus Vladimir, belarus Aleksandr bilməsə də, qazax Nursultan yaxşı bilir. Bu nəyinsə, giriş xəttidir. Və mən inanmıram ki, Rusiya, Belarus və Qazaxıstanın Avrasiya İttifaqına gedən yolu məhz Astanadan salması təsadüf idi.
Yeni alyans xoşbəxt ulduz altında doğulmayıb. Doğrudur, Rusiya öz nəhəng ticari partnyoru olan Avropa Birliyindən ayrılaraq Çinə yan alır. Bu isə onun hazırda məruz qaldığı sanksiyaların zəifləməsinə kömək edə bilər. Ancaq məsələnin neqativ tərəfi də var. Ukrayna siyasətinə görə Qərbin sanksiyalarına məruz qalan Rusiya Qazaxıstanı və onsuz da Qərbdə bəyənilməyən Belarusu müəyyən mənada zərbə altına qoyur. Düzdü, buraya girən respublikalar öz maraqlarının çaparlarıdır. Məsələn, Belarus prezidenti Astana ərəfəsində gözlənilən İttifaq və qarşısında dayandığı qurumun eyni şey olmadığını sərt şəkildə Moskvanın üzünə çırpmışdı.
Bu nə idi, keçmiş kolxoz sədrinin sadədil kəndli bazarlığı yoxsa, dövlət müstəqilliyini qorumaq uğrunda kor-koranə inad?! Bu isə artıq başqa Lukaşenkodur. Əmin-arxayın və soyuqqanlı. Görəsən Belarusun tələbatı nə qədər təmin olunub ki, Lukaşenkonun qəzəbli siması mülayim hal alıb?! Və ya baş qəhrəmanı Sarkisyan olan bu mənzərəyə baxaq. Qazaxıstan prezidenti Ermənistanın bu quruma potensial üzvlük məsələsinin müzakirəsinə belə ayaq verir.
Daha sonra Qazaxıstan prezidenti çəkinmədən Ermənistan prezidentinin Qarabağı Avrasiya İttifaqına daşımaq arzularının üstündən xətt çəkən parçanı söyləyir:
Bütün bu müddətdə Ermənistan prezidentinin qanı qaradır. Sifəti əyilib. Kömək üçün boylandığı Putin isə sanki onu görmür və jurnala baxır. Necə deyərlər, bu hələ jurnaldır. Sarkisyan aşkar narahatdır. Amma deməyə sözüdə yoxdur. O, İlham Əliyevin cavabını verə biləcək dərəcədə müstəqil deyil. Tədbir başa çatır. Hamı dağılışır. Amma o yazıq Xristenkonu rahat buraxmır. Ona nəyi isə başa salmağa çalışır, dil boğaza qoymadan. Bura isə artıq zaldır. Konsert, vur-çatlasın, amma Ermənistan prezidenti Putinin ağzının içindən çıxmırki, çıxmır. Nəsə izah edir. Ermənistan prezidentini başa düşmək olar. O bütün ümidlərini nə vaxtsa, Qarabağı özüylə harasa daşıyacağına bağlamışdı. Amma hər dəfə də bu onda alınmır. Niyə? Ona görə ki, Ermənistan tələyə özü-özünü salıb. Hələ1988-ci ildə o öz əsas niyyətini ortaya qoymuşdu. Miatsum Qarabağı özünə birləşdirmə.
Amma dünyanın reaksiyası, onu açıq işğalçılıqda günahlandırma riski qarşısında İrəvan siyasətini dəyişdi. Guya Qarabağ müstəqil dövlət olmaq istəyirmiş. Və elə bu taktika da indi Ermənistanı çıxılmaz vəziyyətə salır. Tək bura deyil ki. İstənilən beynəlxalq quruma üzv olarkən ona özünün BMT-nin tanıdığı həddi göstərirlər və bildirirlər ki, cızığından çıxmaq olmaz!
DOSTLARINLA PAYLAŞ: