İtaliyalı səfir xalqımıza təşəkkür edib
08 Aprel 2009 Çərşənbə 15:50
Can Luici Maşa İtaliyada baş vermiş zəlzələ ilə bağlı Azərbaycandan çox sayda başsağlığı aldığını bildirib

«İstər xoş, istərsə də faciəli günlərdə İtaliya ilə birlikdə olduğuna görə, Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm». Bunu bu gün mətbuat konfransı keçirən İtaliyanın Azərbaycandakı səfiri Can Luici Maşa deyib. Səfir İtaliyanın ən gözəl regionu hesab olunan Akvila şəhərində, Ambrutso ərazisində və ümumiyyətlə bütöv İtaliyada baş vermiş faciə ilə bağlı Azərbaycandan çox sayda başsağlığı aldığını bildirib.
Səfir zəlzələ nəticəsində həlak olanların sayının hər dəqiqə artdığını vurğulayıb. Onun sözlərinə görə, indiyə kimi 250-dən artıq adam həlak olub, 15 nəfər itkin düşüb, 1500 nəfər yaralanıb və 70 mindən artıq insan isə evsiz qalıb. İnsan təlafatı ilə yanaşı memarlıq və tarixi abidələrə də çoxlu ziyan dəyib.
Qeyd edək ki, İtaliyada zəlzələ aprelin 6-sı səhər saatlarında qeydə alınıb. Dünən isə saat 18-radələrində növbəti güclü yeraltı təkan baş verib. 5,3 bal gücündə olan zəlzələ nəticəsində bir nəfər ölüb./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar