İt xaltası auksionda 11,59 min dollara satıldı
17 Fevral 2010 Çərşənbə 03:25
Dəridən hazırlanmış xaltanın özəlliyi onun Çarlz Dikkensin itinə aid olmasıdır
Tanınmış ingilis yazıçı Çarlz Dikkensin itinin dəri xaltası Nyu-Yorkda 11,59 min dollara satılıb. Məlumatı “Bonhams” auksion evinin nümayəndəsi verib.
Lotun itlərə həsr olunmuş auksiondakı ilkin qiyməti 4-6 min dollar olub. Ticarət evi etiraf edib ki, xaltanın Çarlz Dikkensin məhz hansı itinə aid olduğu müəyyən edilməyib. Tanınmış romançı heyvanları sevib və evində bir neçə it saxlayıb.
Xatırladaq ki, ötən il yazıçının qızıl kürdanı (diş çöpü) 9,15 dollara satılmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: