İsveçrə Qəddafinin hesablarını dondurur
25 Fevral 2011 Cümə 01:47
Bunu ölkənin Xarici İşlər Nazirliyi bəyan edib
İsveçrə Liviya lideri Müəmmər Qəddafiyə məxsus ola biləcəyi bank hesabdaoını dondurur. Bu barədə bəyanatda İsveçrənin Xarici İşlər Nazirliyi çıxış edib.

Qeyd edək ki, Liviya lideri dövlət televiziyasına müsahibəsində ölkədəki iğtişaşların məsuliyyətini Üsəma bin Ladenin üzərinə qoyub və baş verənləri “məzhəkə” adlandırıb. Bir müddət əvvəl “İslam Məğribində Əl Qaidə” qruplaşması bütün müsəlmanları Müəmmər Qəddafiyə qarşı etirazları dəstəkləməyə çağırıb.

Liviya qiyamçıları ölkənin böyüklüyünə görə ikinci və üçüncü şəhərləri Benqazi və Misrata nəzarət edirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar