İsveçrə prezidenti Azərbaycanda rəsmi səfərdədir
14 Mart 2011 Bazar Ertəsi 02:46
Səfər çərçivəsində Kalmi-Reyin Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşü nəzərdə tutulub
İsveçrə konfederasiyasının prezidenti xanım Mişelin Kalmi-Rey Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində Kalmi-Reyin Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və maliyyə naziri Samir Şərifovla görüşləri nəzərdə tutulub. İsveçrə prezidenti həmçinin Naxçıvan Muxtar respublikasına səfər edəcək. İsveçrə inkişaf və əməkdaşlıq agentliyi bu bölgədə su təchizatının yaxşılaşdırılması üzrə layihə həyata keçirir, deyə məlumatda bildirilib.onun səfəri martın 15-ə kimi davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar