İsveçrə Ermənistan və Türkiyəni barışdırmağa çalışır
15 Mart 2013 Cümə 08:21
Əsas diqqət vətəndaş cəmiyyətləri arasındakı əlaqələrə yönəldilib.
İsveçrə Ermənistanla Türkiyəni barışdırmağa və Ermənistan-Türkiyə sərhədlərinin açılmasına çalışmaqda davam edir. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bu barədə İsveçrənin Ermənistandakı səfiri Konstantin Obolenski bildirib.

Diplomat vurğulayıb ki, hazırda İsveçrə əsas diqqəti Ermənistan və Türkiyə vətəndaş cəmiyyətləri arasında körpü qurulmasına yönəldib: “Sərhəddin Hər iki tərəfindəki insanlar bir-birini tanımalıdırlar. Çünki ermənilər və türklər qonşudurlar"- deyə K. Obolenski qeyd edib.

Diplomat həmçinin öz gəncliyindən danışıb və Avropada sərhədlərin bağlı olduğu illəri xatırlayaraq bildirib ki, sərhədlər açılanda hər kəs bir yüngüllük hiss edib.

Xatırladaq ki, Türkiyə Ermənistanla diplomatik əlaqələri Azərbaycana görə kəsib və Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini sərhədlərin açılmasının əsas şərti kimi qoyub.
Pakistan və Özbəkistanın da Ermənistanla diplomatik əlaqələri kəsməsinin əsas səbəbi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsidir









DOSTLARINLA PAYLAŞ:

oyunlar