İsveç parlamentinə Xocalı soyqırımı ilə bağlı bəyanat təqdim olunub
26 Fevral 2011 Şənbə 20:46
Sənəddə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilir.
Xocalı soyqırımına dair bəyanat İsveç parlamentinə təqdim olunub. ANS PRESS-in Diasporla iş üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sənədi İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri Səttar Sevigin bu ölkə parlamentinin baş katibinin köməkçisi Ulf Kritofferssonla görüşərək ona təqdim edib. U.Kristoffersson bu bəyanatı İsveç parlamentinin sədrinə və onun köməkçilərinə, eləcə də xarici işlər naziri Karl Bildtə təqdim edəcəyini söyləyib.

İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri Səttar Sevigin U.Kristofferssona Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. O, ermənilərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə hücum edərək burada yaşayan dinc sakinlərə qarşı qətliamın həyata keçirildiyini bildirib. S.Sevigin qeyd edib ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri qocadır. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

U.Kristoffersson görüş zamanı aldığı məlumatı müvafiq instansiyalara çatdıracağını bildirib. Görüşdə S.Sevigin İsveç parlamenti baş katibinin köməkçisinin diqqətinə Stokholmun Sergel meydanında Xocalı soyqırımı qurbanlarının 19-cu ildönümü münasibəti ilə aksiya keçirəcəklərini çatdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar