İsveç parlamenti “erməni soyqırımı”nı müzakirə edəcək
02 Mart 2010 Çərşənbə Axşamı 13:20
Məsələ martın 17-də müzakirəyə çıxarılacaq
Hamının diqqətinin ABŞ Konqressinin Nümayəndələr Palatasında aparılacaq müzakirələrdə olduğu bir vaxtda İsveç parlamenti də qondarma erməni soyqırımının tanınması məsələsini müzakirə etmək qərarına gəlib. “Azq” qəzetinin yazdığına görə, İsveç parlamenti martın 17-də Türkiyədə erməni və assuriyalıların qondarma soyqırımının pislənməsi və tanınması məsələsini müzakirə edəcək.

“İsveçin türk və azərbaycanlı icmasının qanunverici orqanın bu addımdan imtinasını tələb edən təqribən 5 min imza toplamasına baxmayaraq, İsveç parlamentariləri məsələni müzakirəyə çıxarmaq qərarına gəliblər”, - deyə qəzet yazır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar