İstefa cüməsi, yaxud Mübarəkin son günü
04 Fevral 2011 Cümə 15:40
Müxalifəti tərəfdarlarını Təhrir meydanında cümə namazı qılıb
Misir müxalifəti öz tərəfdarlarını bu gün də paytaxt Qahirənin Təhrir meydanına toplaşmağa çağırıb. Yanvarın 25-dən indiyədək ən həlledici mərhələ hesab edilən aksiya “İstefa cüməsi”, yaxud “Mübarəkin son günü” adlandırılır. Bununla etirazçılar, Hüsnü Mübarəkə ölkəni tərk etmək barədə verdikləri ultimatumun vaxtının bitdiyini bildirirlər.

Bu gün səhər saatlarından Təhrir meydanına artıq on minlərlə adam toplaşıb. Müxalifət nümayəndələri meydanda cümə namazı qılıblar. Namazın ardından isə iştirakçılar bir ağızdan Mübarəki istefaya çağıran şüarlar səsləndiriblər.

Qahirənin müxtəlif bğlgələrindən yüzlərlə insan cümə namazından sonra meydana doğur yürüş edib. Müxalifətin əsas pıanı isə prezident sarayına doğru yürüməkdir...

Təhrir meydanının yaxınlığında olan Mübarək tərəfdarlartı isə müxalifəton meydanı doldurmasındans onra geri çəkilib. Müdafiə naziri ilə ordu komandanlarının da Təhrir meydanına gəldikləri bildirilir.

Müxalifət bugünki etiraz aksiyasına 1 milyondan çox izdiham yığmağı planlaşdırır. Baş nazir Əhməd Şəfəqi isə Daxili İşlər Nazirliyinə dinc yürüşlərə maneə olmamaq barədə göstəriş verib. Hazırda vəziyyət hələ ki, sakitdir, lakin son iki sutka ərzində Mübarək tərəfdarları ilə əleyhdarları arasında toqquşmalarda 13 nəfər ölüb, 900-ə yaxın insan xəsarət alıb. Dünən gecə isə Misir ordusu Qahirədə olan xarici jurnalistləri şəhərdən kənara çıxarmağa başlayıb.

Misirin şimalında isə Təhlükəsizlik İdarəsinə raket atılıb. Şahidlərin sözlərinə görə, raket Qəzza zolağı ilə sərhhəki kənddə olan tankdan atılıb. Ölən və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.

Misirin hava sahəsi də bağlanıb. İsrail ilə Qəzza zolağı arasındakı tunelləri bu tərsinə fəaliyyət göstərir. Sina yarımadasındaki insanlar ehtiyacları üçün Qəzza zolağına getməyə məcbur olurlar.
a
Misirin qadağan olunmuş “Müsəlman qardaşlığı” radikal hərəkat isə növbəti prezident seçkisində iştirak etməkdən imtina edir. Bu barədə dünən Qətərin “Əl-Cəzirə” telekanalı məlumat verib. Bununla da, Misirdə yanvarın 25-də başlamış hökumət-əleyhinə nümayişlərdə fəal iştirak edən “Müsəlman qardaşlığı” hərəkatının nümayəndələri, siyasi məqsədləri olmasına dair iddiaları təkzib ediblər. Hərəkatın siyasi məqsədləri kimi ölkədə hökumətin işi və ictimai həyat üzərində dini nəzarəti bərqərar etmək göstərilirdi.

Xatırladaq ki, bu yaxınlarda Misirin vitse-prezidenti Ömər Süleyman “Müsəlman qardaşlığ”nı danışıqlara çağırdığını bəyan edib, hərəkat isə hökumətlə danışıqlar aparmaq niyyətində olmadığını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar