İstanbul-Bakı təyyarəsində yaranan problem açıqlanıb
30 Oktyabr 2010 Şənbə 16:10
İstanbul-Bakı təyyarəsinin mikrodalğalı sobasında qısa qapanma baş verib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bu gün İstanbulun Atatürk hava limanından havaya qalxan şirkətə məxsus təyyarənin 15 dəqiqədən sonra təcili olaraq eniş etməsinin səbəblərinə aydınlıq gətirib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, aparılan araşdırma nəticəsində məlum olub ki, təyyarənin mətbəxindəki mikrodalğalı sobada qısa qapanma baş verib.

“Aparılan araşdırma nəticəsində məlum oldu ki, mikrodalğalı sobada qısa qapanma baş verib. Nəticədə tüstü yaranıb. Pilot isə bunu yanğın kimi qəbul edib və təyyarə geri qayıdıb”, - deyə o bildirib.

Səfərli Türkiyə mətbuatında sərnişinlərin sayı ilə bağlı gedən məlumatları da təkzib edib. O bildirib ki, “Boeing-757” tipli təyyarənin göyərtəsində 231 nəfər yox, 102 sərnişin olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar