İstanbul – Bakı təyyarə reysi ləğv olundu
17 Fevral 2012 Cümə 06:14
Əlverişsiz hava şəraiti səbəbilə İstabul hava limanında uçuşlar naməlum vaxta qədər dayandırılıb.
Əlverişsiz hava şəraiti səbəbilə Türkiyənin İstanbul şəhərindən 40-a yaxın ölkəyə olan hava reysi ləğv olunub. Bu barədə məlumat “Türk Hava Yolları”nın (THY) rəsmi internet saytında yayılıb. Saytda sərnişinlərdən hava limanına gəlməmişdən əvvəl telefonla məlumat almaları xahiş olunub.

Qeyd edək ki, İstanbul “Atatürk” hava limanından xarici reyslə Bakı, Batumi, Afina, Hannover, Hamburq, Cenevrə və Nissaya (Nice), habelə daxili reyslə Ankara, Dənizli, Diyarbəkir, Erzincan, Qaziantep, İzmir, Sinop, Sivas, Muğla və Malatyaya uçuşlar naməlum vaxta qədər ləğv olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar