İsrailli nazir Ərdoğanı düşmən elan etdi
21 İyun 2010 Bazar Ertəsi 00:25
İsrailli nazir Ərdoğanı düşmən elan etdi. “Türk xalqı düşmən deyil, Ərdoğan İsrailin düşmənidir”.
İsrail Turizm naziri Stas Misejnikov Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Türkiyənin İsrail xalqı ilə yox, İsrail hökuməti ilə problemi var sözlərinə etiraz edib. Misejnikov Ərdoğanın fikirlıərinə oxşar bəyanatla çıxış edib: “Türk xalqı düşmən deyil, Ərdoğan İsrailin düşmənidir”.
İsrailli nazir ölkə əhalisini Netanyahu hökumətinin xəbərdarlıqlarına qulaq asaraq Türkiyəyə səyahət etməməyə çağırıb.
Yerli “Haaretz” qəzeti, İsrail Turizm Nazirliyinin yerli əhalinin yay tətilini İsraildə keçirməyə təşviq etmək üçün iclas keçirəcəyini bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: