İsrail əsgərinin "Facebook"a qoyduğu şəkil qalmaqal yaratdı
17 Avqust 2010 Çərşənbə Axşamı 20:10
Keçmiş qadın əsgər fələstinlilərlə çəkdirdiyi təhqiramiz şəkilləri yayımlayıb.
Hərbi xidmətini başa vuran, İsrail ordusunda xidmət etmiş qadın əsgərin “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi şəkil ciddi narazılığıa səbəb olub. Qadının gözləri və əlləri bağlı fələstinlilərlə çəkirdiyi şəkilləri yayımlaması və həmin alboma “həyatımın ən gözəl anları” adını verməsi İsrail ordusu tərəfindən kəskin tənqid olunub.

Ötən il hərbi xidmətini başa viran Eden Abergilin yayımladığı şəkillər və “İDF (İsrail müdafiə qüvvələri) – həyatımın ən gözəl anları” albomu dərhal şəbəkədən silinsə də, artıq bir çox informasiya portalları bu şəkilləri yayımlayıblar.

Eden Abergilin bu şəkilləri isə İraqdakı “Əbu-Qüreyb” həbsxanasında baş verən oxşar hadisəni yada salır. Belə ki, Amerika ordusunda xidmət edən qadın əsgərlərdən birinin başlarına torba keçirilmiş, əlləri bağlı və lüt soyundurulmuş əsgərlərlə çəkdirdiyi şəkillər bütün dünyada narazılıq dalğası doğurmuşdu. Həmin insidentələ bağlı aparılan araşdırmada bir neçə əsgərin təqsirli olması müəyyənləşdirilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar