İsrail bəzi ölkələrdəki səfirliklərini bağlaya bilər
15 Fevral 2011 Çərşənbə Axşamı 17:03
Hazırda bu məsələ nəzərdən keçirilir
İsrailin xaricdəki nümayəndəliklərində yüksək terror təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. ANS PRESS-in İsrailin “ZMAN.com” agentliyinə istinadən verdiyi xəbərə görə, mühafizə səviyyəsi qənaətbəxş olmayan bir sıra nümayəndəliklərin isə müvəqqəti olaraq bağlanma məsələsi nəzərdən keçirilir.
İsrailin Xarici İşlər Nazirliyi və təhlükəsizlik xidmətləri xaricdə yaşayan israillilərin təhlükəsizliyinin təmin edilməsi üzrə yerli hakimiyyət orqanları ilə birgə iş aparır. Burada söhbət əsasən Afrika, Asiya və Qafqaz ölkələrindən gedir.
Təhlükə son vaxtlar yəhudi dövlətinin bir sıra ölkələrdəki nümayəndəlikləri ətrafında müşahidə olunan şübhəli hadisə və obyektlərə dair informasiyalara əsasən artıb.
Qeyd edək ki, fevralın 14-də fəaliyyətini dayandıran İsrailin Azərbaycandakı səfirliyi bu gün fəaliyyətini bərpa edib. Xatırladaq ki, səfirlik logistika məsələləri ilə bağlı olaraq dayandırmışdı.
Bir neçə gün öncə İsrailin Dövlət Terrorla Mübarizə Bürosu yaxın günlərdə bir sıra ölkələrdə israillilərə qarşı yüksək hücum ehtimalının olması ilə bağlı xəbərdarlıq elan etmişdi. Xəbərdarlıq “Hizbullah” lideri İmad Muğninin zərərsizləşdirilməsinin üçüncü ildönümü ilə əlaqədar idi. Terrorla Mübarizə Bürosunun məlumatında qeyd olunur ki, yaxın həftələr ərzində israillilər üçün xüsusi olaraq təhlükəli olan 9 ölkə var: “Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Venesuela, Misir, Fildişi Sahili, Mali və Mavritaniya”.
DOSTLARINLA PAYLAŞ: