İsrail Azərbaycanda vətəndaşlarına qarşı terror təhlükəsinə dair xəbərdarlığı ləğv edib
09 Noyabr 2011 Çərşənbə 14:25
Bu barədə məlumatı baş nazir Benyamin Netanyahunun mətbuatla əlaqə üzrə müşaviri verib.
İsrailin Nazirlər Kabineti yanında terrorla mübarizə üzrə qərargahı Azərbaycanda İsrail vətəndaşlarına qarşı terror təhlükəsinə dair yaydığı xəbərdarlığı ləğv edib. ANS PRESS-in İsrail mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə məlumatı baş nazir Benyamin Netanyahunun Rusiya mətbuatı ilə əlaqə üzrə müşaviri Aleks Selski verib.
Xatırladaq ki, bu ilin fevral ayında terrorla mübarizə üzrə qərargah “Hizbullah”ın İsrail vətəndaşlarına qarşı hücum planları barədə xəbərdarlıq yaymışdı. Ölkə vətəndaşlarına Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Misir, İraq və bir sıra başqa ölkələrə səfərlərdən yayınmağa səsləmişdilər. İyul ayında xəbərdarlıq yenidən edilmişdi. Xəbərdarlıq “Hizbullah” liderlərindən biri İmad Miqniyənin öldürülməsini 3-cü ildönümü ilə əlaqədar idi.
DOSTLARINLA PAYLAŞ: