İsrail Azərbaycana pilotsuz kəşfiyyat təyyarələri təklif edib
19 Aprel 2011 Çərşənbə Axşamı 17:10
İsrail Kosmik Sənaye şirkəti (Israel Aerospace Industries) Azərbaycana «Heron» və «Searcher 2» pilotsuz kəşfiyyat təyyarələrini təklif edib.
APA-nın bildirdiyinə görə, bu barədə «Flight Global» şirkəti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu yaxınlarda İAİ nümayəndə heyətinin Azərbaycana səfəri zamanı belə bir təklif səsləndirilib.

Qeyd edək ki, mart ayında Azərbaycan Müdafiə Sənaysi Nazirliyi və İAİ-nin birgə qurduğu «Azad Systems Co.» şirkətinin zavodu açılıb. Həmin zavodda İAİ-nin «Aerostar»-ını «Orbiter» markalı pilotsuz təyyarələri istehsal olunur. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar