İspaniya parlamenti qondarma erməni soyqırımının müzakirəsindən imtina edib
28 İyul 2012 Şənbə 11:00
Sənədin lehinə 3, əleyhinə isə 36 deputat səs verib.
İspaniya parlamenti qondarma erməni soyqırımı ilə bağlı sənədin müzakirəsini təxirə salıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qanun layihəsinin müzakirəyə çıxarılmasının lehinə 3, əleyhinə isə 36 deputat səs verib.
İspaniyada hakim partiyanın mətbuat katibi Xose Mariya Beneytonun sözlərinə görə, onlar Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına üstünlük verirlər.
“Belə qanun layihəsi ikiölkə arasında münasibələrə daha pis təsir gösərir", - deyə Xose Mariya Beneyto bildirib.
DOSTLARINLA PAYLAŞ: