İsmət Abasov İrəvanda erməni dilində danışdı
13 May 2010 Cümə Axşamı 13:25
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransı çərçivəsində İrəvanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İrəvada keçirdiyi gənclik illərini xatırlayıb və mətbuat nümayəndələri ilə erməni dilində danışmağa başlayıb.
“Mən erməni dilində danışıram, amma 23 ildir ki, İrəvanda olmadığıma görə, bu məsələdə bəzi çətinliklərim var”, deyə nazir rus dilində bildirib. Daha sonra o, jurnalistlərlə erməni dilində danışmağa başlayıb.
Nazir qeyd edib ki, o, İrəvandakı keçmiş evinə baş çəkib. Burada onun uşaqlığı və cavanlığı, hətta orta məktəb illəri keçib.
"Mən 1987-ci ilin dekabr ayına qədər hər ay İravana gəlirdim" deyə Abasov qeyd edib. Nazir bildirib ki, o, bu müddət ərzində İrəvan üçün çox darıxıb. İ. Abasovun sözlərinə görə, İrəvan bu müddət ərzində o qədər də dəyişilməyib, amma Bakıda bu müddət ərzində güclü dəyişikliklər baş verib.
Nazir onu da bildirib ki, Ermənistanda olduğu iki gün ərzində yaxın qohumlarının yaşadığı Basarkeçər rayonuna gedib və iki kənddə olub. “Yayda Şişkərə kəndinə istirahətə gedərdik. Digər kənd isə qohumum akademik Əhliman Əmiraslanovun kəndidir. O, hazırda bakıda yaşayır və Tibb Universitetinin rektorudur.
Məndən xahiş etmişdi ki, əhgər imkan olsa, Zod kəndində onun evini tapım. Mən onun evini tapdım və şəklini çəkdim. Bu onun üçün yaxşı hədiyyə olacvaq".
Nazir onu da qeyd edib ki, İrəvana səfəri əvvəlcən ölkə başçısı ilə razılaşdırılıb. Bu səbəbdən də Bakıda bəzi şəxslərin bununla bağlı narazılığı əsassızdır.
İsmət Abasov bildirib ki, narazılıq əsasən müxalifət tərəfindən ola bilər: “Bu isə onunla bağlıdır ki, bizim ölkələr arasında hərbi vəziyyət mövcuddur”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: