İsmayıllıda 5,4 ballıq zəlzələ olub
07 Oktyabr 2012 Bazar 19:14
Yeraltı təkanlar nəticəsində dağıntı və tələfat yoxdur.
İsmayıllı rayonu ərazisində zəlzələ baş verib. Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ saat 16:42-də İsmayıllı şəhərindən 15 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin maqnitudası 5.4, dərinliyi 35 km olub.

Məlumata görə, yeraltı təkanlar İsmayıllıda və ətraf rayonlarda hiss olunsa da, dağıntı və tələfat yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında Xəzər dənizinin Azərbaycana aid hissəsində də yeraltı təkanlar qeydə alınıb. Amma bu təkanlar hiss edilməyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar