İslam Partiyası hicabın qadağan edilməsini pisləyib
23 Noyabr 2010 Çərşənbə Axşamı 11:15
Partiya bəyanat yayıb
İslam Partiyası Təhsil Nazirliyinin qərarı ilə ölkədə olan şagirdlərin və tələbələrin təhsil ocaqlarına hicabla daxil olmasına qadağa qoyulmasını etirazla qarşılayıb. Partiyadan "Turan"a daxil olan bəyanatda bildirilir ki, bu, cəmiyyətin inkişafına, gələcəyinə ağır zərbədir. İslam Partiyası hesab edir ki, bu həm də İslam dünyasına, müsəlman aləminə hörmətsizlik və etinasızlıqdır.

Qeyd edək ki, dünən təhsil naziri Misir Mərdanov bildirib ki, heç bir məktəbdə, heç bir təhsil müəssisəsində nə şagirdlər, nə də müəllimlər hicabla dərslərdə iştirak edə bilməz.



DOSTLARINLA PAYLAŞ:

oyunlar