İslam Ölkələri Universitetləri Assosiasiyasının 5-ci qurultayı Bakıda keçiriləcək. Qurultay gələn ilin aprel ayında olacaq.
Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin sözlərinə görə, tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutacaq.
Komitə sədri tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun, elmin və təhsilin inkişafına yetirdiyi yüksək diqqətin təzahürü olduğunu qeyd edib. /AzərTAc/