İşğal olunmuş ərazilərlə bağlı əsas üç problem mövcuddur
11 Mart 2010 Cümə Axşamı 14:10
Bu barədə keçirdiyi müşavirədə baş nazirin müavini Əli Həsənov bildirib
Azərbaycanın işğal olunmuş əraziləri nəzarətsiz qaldığından orada külli miqdarda narkotik becərilir və satışa çıxarılır. Bu barədə keçirdiyi müşavirədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bildirib.
O qeyd edib ki, işğal olunmuş ərazilərlə bağlı hazırda əsas üç problem mövcuddur.

“O ərazilərdə narkotik əkilir. Bu, artıq sübuta yetirilib. Narkotik oradan çıxarılır və MDB ölkələrinə, Avropaya aparılır. 3-cü məsələ isə orada terror qruplaşmaları və silahlıların hazırlanması prosesi gedir", deyə Əli Həsənov bildirib.

Ə. Həsənovun sözlərinə görə, bu mafioz qruplaşmalar Qarabağ münaqişəsnin həllinə mane olur

"Ola bilər ki, bu problemlə məşğul olanlar da bu məsələlərdə maraqlıdır. Yəqin ki, bu məsələnin sülh yolu ilə həlli ilə məşğul olan beynəlxalq qurumların da marağı var. Əks halda buna niyə heç kim fikir vermir”, - deyə Əli Həsənov əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar