İşğal altındakı ərazilərimizdən partlayış səsləri eşidilir
27 Mart 2011 Bazar 17:19
Ermənilər işğal altındakı dağ massivlərində tikinti-mühəndis işləri məqsədi ilə partlayışlar törədirlər.
Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində ara-sıra partlayış səsləri eşidilir. Güclü partlayış səsləri təxminən iki saat əvvəldən eşidilməyə başlayıb.

Cəbhəyanı yaşayış məntəqələrindən sakinlər APA-nın Qarabağ bürosuna bildiriblər ki, partlayışlar Şahbulaq dağı və Uzundərə adlanan ərazilər istiqamətində müxtəlif fasilələrlə qeydə alınır.

Məlumata görə, düşmən işğal altındakı ərazilərdə o qədər də böyük olmayan hərbi təlim keçirir. Bunun üçün isə bəzən artilleriyadan istifadə edilir.

Digər məlumata görə isə ermənilər işğal altındakı dağ massivlərində tikinti-mühəndis işləri məqsədi ilə partlayışlar törədirlər.

Xatırladaq ki, Şahbulaq dağ massivlərində tikintidə istifadə olunan mişar daşı yataqları mövcuddur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar