İşğal altındakı ərazilərə yerləşdirilən Suriya ermənilərinə yazığım gəlir
18 May 2013 Şənbə 13:21
Biz istəməzdik ki, uzun müddət müsəlmanlarla birlikdə yaşayan Suriya erməniləri bizim top və tüfənglərdən açılan güllələrdən ölsünlər.
“Əgər Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı təqdim olunan 6 əsas prinsipin arxasında bizə bəzi şərtlər diktə olunursa, o zaman bu prinsipləri nəzərdə keçirtməyə dəyməz". APA-nın məlumatına görə, Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Edvard Nalbandyanın Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı İtaliyanın Akvilla şəhərində təqdim olunan 6 prinsipi imzalamağa hazır olduğu barədə açıqlamanı belə şərh edib.

Onun sözlərinə görə, bu məsələlərə sadə yanaşmaq lazımdır: “Biz Dağlıq Qarabağda olan öz erməni vətəndaşlarımıza dövlət olaraq bizə aid hüquqları verməyə hazırıq. Əgər ermənilər bununla vaxtında razılaşsalar, bu onların xeyrinə olacaq, əgər vaxtında razılaşmasalar, Dağlıq Qarabağda lazımı tədbirləri görəcəyik. Eyni zamanda da Ermənistana da qarşı lazımı tədbirlər görüləcək”.

Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirilməsi ilə bağlı sualına cavab verən Laçın RİH başçısı deyib ki, onun həmin ermənilərə yazığı gəlir: “Ölkəmiz bütün vasitələrə əl ataraq Ermənistan tərəfindən işğal edilən Azərbaycanın əbədi və əzəli Dağlıq Qarabağ torpaqlarını geri qaytaracaq. Lakin biz istəməzdik ki, uzun müddət müsəlmanlarla birlikdə yaşayan, müsəlman dininə və humanistliyinə bələd olan Suriya erməniləri, bizim top və tüfənglərdən açılan güllələrdən ölsün”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar