İsa Qəmbər: Kim istəyirsə, xeyrini görsün
17 Mart 2013 Bazar 19:49
2003-cü ildə vahid namizəd mövzusunda məndən çox əziyyət çəkən olmayıb
“2003-cü ildə vahid namizəd mövzusunda məndən çox əziyyət çəkən olmayıb”. Bu sözləri Müsavat Partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbər gənclərlə keçirdiyi görüşdə müxalifətin birlik məsələsinə münasibət bildirərkən deyib. Partiya başqanı qeyd edib ki, 2003-cü il prezident seçkiləri ərəfəsində vahid namizəd ideyası ilə bağlı təkliflə çıxış etsə də, razılıq əldə olunmayıb və yenidən bu istiqamətdə çalışmaq fikri yoxdur:

“Mən heç yerdə özümü vahid namizəd elan etməmişəm. Partiya məni namizəd elan edib, namizədəm və vahid namizədlik iddiam da yoxdur. Kim istəyirsə, xeyrini görsün. Yığışsınlar, müəyyənləşdirsinlər, niyə etmirlər? Bir neçəsinə demişəm. İki gündən bir deyirlər ki, gəlin yığışaq vahid namizədi müəyyənləşdirək. Deyirəm ki, sizinlə birlikdə vahid namizədi müəyyənləşdirməyə marağım yoxdur. Sadəcə olaraq, məsələdə başqa məqam var. Müsavat Partiyası olaraq, biz həmişə birlik tərəfdarı olmuşuq. 2003-cü ildə vahid namizəd mövzusunda məndən çox əziyyət çəkən olmayıb. Bütün siyasilərlə görüşüb, söhbətlər etmişik. Faktiki olaraq heç kim razılaşmadı. Mənim o vaxt bu məsələyə sərf etdiyim enerjiyə heyfim gəlir və yenidən mənası olmayan, hətta ziyan verəcək işə qoşulmaq istəmirə


DOSTLARINLA PAYLAŞ:

oyunlar