İrlandiyanın “Eurovision” təmsilçiləri Bakıdan iki dovşan alıblar
21 May 2012 Bazar Ertəsi 16:46
Eurovision-2012” mahnı müsabiqəsində İrlandiyanı təmsil edən Jon və Edvard qardaşlarının bu gün Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə görüşü olub.
“ Həmişəkindən fərqli saç düzümü və geyim tərzi ilə diqqət cəlb edən “Jedward” qardaşları Səbinə Babayevanın ifasını çox bəyəndiklərini, onun ifasının builki çıxışlar arasında ən yaddaqalan ifalardan olduğunu vurğulayıblar. Səbinə Bababeyva Jon və Edvard qardaşlarını bir-birilərindən ayırd etməkdə çətinlik çəkdiyini, onların çox əyləncəli olduqlarını söyləyib. Heyvanları çox sevdiklərini deyən qardaşlar Bakıdan iki dovşan aldıqlarını da bildiriblər. Səbinə Babayeva və irland qardaşlar dovşanlara kök yedizdiriblər: “Heyvanları çox sevirik. İrlandiyada 4 itimiz və 1 pişiyimiz var. Bakıdan isə 2 dovşan almışıq. Birinin adı “Euro”, dig’rinin adı isə “Vision”dır. Necə ki, biz Jon və Edvard birlikdə “Jedward”ıq, eləcə də “Euro” və “Vision” dovşanları birlikdə “Eurovision”dır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar