İrəvanın nüvə hücumu alınmadı
04 Avqust 2014 Bazar Ertəsi 14:02
Gürcüstan polisi özləri ilə sezium-137 radioaktiv maddəsi yerləşdirilmiş konteyner daşıyan iki Ermənistan vətəndaşını həbs edib.
ANS PRESS-in məlumatına görə, 1965 və 1966-cı illərdə doğulmuş kişilər Gürcüstanın Sadaxlı sərhəd-keçid məntəqəsi ərazisində saxlanılıb. Ermənilərin nə qədər sezium apardığı barədə məlumat verilmir.

Saxlanılan şəxslərə qarşı cinayət işi açılıb.

Qeyd edək ki, sezium-137 sənayedə və tibbdə istifadə edilən radioaktiv maddədir. Amma o həm də yerlərdə radioaktiv çirkləndirməni artıran “çirkli” bombaların istehsalında istifadə edilir.

Bu radioaktiv maddədən sənaye və tibbdə də istifadə edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar