İrəvanda Qarabağ münaqişəsi müzakirə olunub
26 Noyabr 2010 Cümə 21:35
Sarksiyan həmsədrlərlə danışıqların hazırkı mərhələsini müzakirə edib
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov, Bernar Fasye və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib. Ermənistan prezidentinin mətbuat katibinin verdiyi məlumata görə, tərəflər görüşdə ATƏT-in Astana sammiti öncəsi Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırkı mərhələsi ətrafında fikir mübadiləsi aparıb.
Qeyd edək ki, bir gün öncə həmsədrlər Azərbaycanda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
DOSTLARINLA PAYLAŞ: