İrəvanda dili açan Sarkozi Bakıda danışmadı
08 Oktyabr 2011 Şənbə 01:01
Ermənilərə açıq dəstək verən Fransa prezidenti Bakıda “Fransa sizin dostunuzdur və siz ona etibar edə bilərsiniz” dedi
Fransa prezidenti Nikola Sarkozi Bakıda mətbuat üçün bəyanatla çıxış etməsə də, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunması, eləcə də, Fransız Liseyinin təməlqoyma mərasimində çıxışı oldu. Amma nə qədər qəribə olsa da, missiyası Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın dövlət başçısı iki çıxışdan heç birində Dağlıq Qarabağ münaqişəsi barədə danışmadı. Baxmayaraq, Fransız Liseyinin təməlqoyma mərasimində Nikola Sarkozidən əvvəl çıxış edən Azərbaycan prezidenti İlham Əliyev nitqinin əhəmiyyətli hissəsini Dağlıq Qarabağ münaqişəsinə həsr etmişdi.

Nikola Sarkozi litseyin toəməlqoyma mərasimində bəyan etdi ki, Fransa Azərbaycanın dostu, tərəfdaşıdır. O, Fransız Liseyinin açılması ilə əlaqədar Azərbaycanın dövlət başçısına təşəkkür edərək deyib: “Möhtərəm Prezident! Əziz İlham! Mənimlə birlikdə bu liseyin yaranmasını qərara almaqla Siz mədəniyyət rəngarəngliyini və Frankafoniyanı seçmiş olursunuz. Bu, cəsarətli seçim və uğurlu gələcək. Fransa bütün sahələrdə Sizin dostunuzdur, Sizin tərəfdaşınızdır. Siz bilirsiniz ki, artıq Frankafoniya tolerantlıq, azadlıq, insan hüquqları və demokratiya kimi bəşəri dəyərlərin daşıyıcısıdır. Nüfuzunuzla, bu gözəl layihəni müdafiə etməklə Siz bu dəyərlərə dəstək verdiyinizi nümayiş etdirirsiniz və mən bu münasibətlə Sizi təbrik edirəm. Mən bir daha Sizə təşəkkür etmək istərdim. Bu gün bizə göstərdiyiniz qəbul üçün, cənab Prezident, şəxsən Sizə və Sizin həyat yoldaşınıza təşəkkürümü bildirirəm. Bilin ki, Fransa Sizin dostunuzdur və Siz ona etibar edə bilərsiniz”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar