İrəvanda Azərbaycan bayrağı dalğalanacaq
04 Dekabr 2012 Çərşənbə Axşamı 16:27
Bir boksçumuz dünya çempionatının yarımfinalına vəsiqəni təmin edib.
Bu gün İrəvanda boks üzrə gənclər arasında düyna birinciliyində ¼ final mərhələsinin döyüşləri keçirilir.

Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, rinqə ilk olaraq 64 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov çıxıb. O, Eimantas Stanionisla (Litva) görüşdə favorit olduğunu rinqdə də sübut edib. İlk hissədə 3:1 hesabı ilə üstün olan boksçumuz, ikinci raundda da rəqibindən yaxşı təsir bağışlayıb - 5:4.

Həlledici hissədə rəqibin 2 zərbəsinə 5 dəqiq zərbə ilə cavab verən həmyerlimiz yarımfinala vəsiqə qazanıb - 13:7. Beləliklə, ötən il gənclər arasında Avropa çempionu olan Pərviz Bağırov dünya birinciliyində ən azı bürünc medalı özünə təmin edib.

Orxan Mayıllının (75 kq) Daulet Baigabatovla (Qazaxıstan) döyüşü isə gərgin mübarizə şəraitində keçib. İlk hissədə rəqibinə bir xalla uduzan boksçumuz (1:2), ikinci raundda da yenə minimal fərqlə Qazaxıstan boksçusundan geridə qalıb - 3:4. Həlledici hissədə hər iki boksçunun 2 dəqiq zərbəsi qeydə alınıb. Nəticədə, 6:8 hesabı ilə məğlub olan Mayıllı ¼ finalda mübarizəni dayandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar