İraq erməni təcavüzünü pisləyir
16 Avqust 2010 Bazar Ertəsi 12:50
Bu bəyanatla Səfər Əbiyevin qəbulunda olan yeni səfir Heydər əl-Barrak çıxış edib.
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev İraqın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi əl-Barrakı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir Səfər Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edərək bildirib ki, Azərbaycan İraqla əlaqələrin qurulmasına önəm verir.

İraqlı qonaq isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini və erməni təcavüzünü pislədiklərini bəyan edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar