İranlı nazir “Səhər-2” telekanalı ilə bağlısöz verdi
18 Fevral 2011 Cümə 14:33
"Bu cür məsələlər tezliklə dayandırılacaq və münasibətlər normal səviyyəyə gələcək"
Son günlər İranın “Səhər-2” televiziya kanalında Azərbaycan əleyhinə yayımlanan verilişlərə, eləcə də ikitərəfli münasibətlərə xələl gətirən digər məsələlərə tezliklə son qoyulacaq. ANS TV-nin məlumatına görə, bunu Bakıda səfərdə olan İranın informasiya texnologiyaları və kommunikasiya naziri Rza Tağıpur Ənbəri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

"Bizim ölkədə televiziya və radio təşkilatları müstəqil qurumdur. Onların fəaliyyəti bizim nazirlik çərçivəsində həyata keçirilmir. Azərbaycandakı səfirliyimizin təşəbbüsü ilə ikitərəfli müzakirələr aparılır. Bu cür məsələlər tezliklə dayandırılacaq və münasibətlər normal səviyyəyə gələcək”, deyə nazir bildirib.

İranlı nazir eyni zamanda prezident İlham Əliyevlə görüşünü yüksək qiymətləndirib.

"İlk növbədə İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, səfərimin əvvəlində prezident vaxt ayırıb məni qəbul etdi. Yaxşı söhbətlər və müzakirələr aparıldı. Təklif olundu ki, iqtisadi münasibətlərimiz daha sürətlə inkişaf etməlidir. Hər iki tərəf indiyədək olan razılaşmaları yerinə yetirmək üçün əlindən gələni etməlidir”, deyə Rza Tağıpur Ənbəri qeyd edib.

İran televiziyalarında yayılan məlumatlara gəlincə, nazir deyib ki,


DOSTLARINLA PAYLAŞ:

oyunlar