İranla bağlı vəziyyət nefti bahalaşdırmaqda davam edir
05 Yanvar 2012 Cümə Axşamı 02:57
Avropa Birliyi bu ay İrandan neft idxalına embarqo qoya bilər.
Avropa Birliyi ölkələrinin İran neftinin idxalına embarqo qoyulması ilə bağlı razılığı fonunda ötən gün dünya bazarlarında neftin qiyməti artıb.
ANS PRESS-in “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,57 dollar artaraq, 113,70 dollara çatıb.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 0,26 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 103,22 dollar təşkil edib.
Avropa Birliyi ölkələri neft idxalına qadağa qoyulması istiqamətində birgə hərəkət etmək barədə ötən gün prisipial razılığa gəliblər. Tehrana qarşı neft idxalına embarqo qoyulması ilə bağlı qərar yanvarın 30-da Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin Brüsseldəki toplantısında qəbul edilə bilər.
DOSTLARINLA PAYLAŞ: