İranın ölkəmizdəki səfiri Azərbaycandan gedir
19 İyul 2012 Cümə Axşamı 22:29
Məhəmmədbağır Bəhrami səlahiyyətlərini müvəqqəti icra etmək üçün səfirliyin müvəqqəti işlər vəkilinə təhvil verib.
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami Azərbaycanı tərk edir. Onun Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar bu gün vida mərasimi təşkil edilib.

Mərasimdə rəsmi şəxslər, din xadimləri, xarici ölkələrin ölkəmizdəki səfirləri iştirak ediblər. Mərasimin sonunda Məhəmmədbağır Bəhrami səlahiyyətlərini müvəqqəti icra etmək üçün İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinə təhvil verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar