İranın mədəniyyət naziri Bakıdadır
05 İyul 2010 Bazar Ertəsi 10:00
Məhəmməd Hüseyninin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
İranın Mədəniyyət və İslam Maarifləndirilməsi naziri Məhəmməd Hüseyninin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbayacanda səfərdədir. ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfərin məqsədi Azərbaycan və İran İslam Respublikası arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivlərinin və digər məsələlərin müzakirə etməkdir.

Rəsmi nümayəndə heyətinin və musiqi qrupunun səfəri iyulun 6-na kimi davam edəcək. Nümayəndə heyəti səfər çərçivəsində bu gün Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarət edəəklər. Sabah Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş və mətbuat konfransı nəzərdə tutulub. Görüşdən sonra isə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar