İranın daxili işlər naziri Bakıdadır
03 May 2010 Bazar Ertəsi 11:50
İranın daxili işlər naziri Bakıdadır. Səfər zamanı bəzi sənədlərin imzalanacağı gözlənilir.
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, mayın 5-dək davam edəcək səfər çərçivəsində Mustafa Məhəmməd Nəccar, azərbaycanlı həmkarı Ramil Usubov, fövqaladə hallar naziri Kəmaləddin Heydərov və Azərbaycanın digər rəsmiləri ilə görüşəcək.

İran mətbuatı isə Bakıda bəzi sənədlərin imzalanacağı barədə də xəbər yayıb. Sabah isə iranlı nazirlə azərbaycanlı həmkarı Ramil Usubov jurnalistlər üçün mətbuat konfransı keçirəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar