İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçiriləcək
22 Fevral 2010 Bazar Ertəsi 10:50
Tədbirin DAK tərəfindən keçirilməsi planlaşdırılır
Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. Qurumdan verilən məlumata görə, aksiya 18-19 fevral tarixlərində Azərbaycanın İrandakı səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı üçrəngli bayrağımızın yandırılması və səfirlik binasının yumurta atəşinə tutulmasına cavab olaraq keçiriləcək.

DAK aksiyanın keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Müraciətə hələ ki, cavab verilməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar