Rejimin diplomatı müsəlman səfirlərini görüşünə gəlmir, dövlət zəlzələ qurbanlarına laqeydlik göstərir.
Avqustun 13-də prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə İslam ölkələrinin Azərbaycandakı səfirləri ilə keçiridyi görüşə İranın Azərbaycandakı səfrilyindən heç kəs qatılmayıb. Bir müddət öncəki məlum diplomatik böhrandan sonra İran səfiri Bakını tərk etmiş, 2 həftədən sonra qayıtmışdı. İndi onun Bakıda olub-olmadığl bəlli deyil. Amma səfirlik qapadılmayıb, fəaliyyət göstərir. İran səfriliyinində səfiri əvəz edəcək məsul yəqin ki var. Buna baxmayaraq, səfirlik diplomatik etiket qaydalarını pozaraq rəsmi qəbula qatılmayıb. İran bu vaxta qədər Azərbaycan Respublikasını “islam dininə ibadət edənləri sıxışdırmaqda”, “məscidləri bağlamaqda” suçlandırırdı. Yüksək səviyyəıli İran məmurları buna görə hətta Azərbaycanı təhdid də etmişdilər. Amma Azərbaycan və İran dövlətinin islama, onun ehkamlarına qoyduğu hörmət göz önündədir. Azərbaycan dövlətinin başçısı bu cür görüşləri hər Ramazan ayında keçirir. Bu cür görüşlər Azərbaycanda dövlətin islami dəyərlərə verdiyi qiymətin və yetirdiyi diqqətin təzahürüdür. Prezidentin diplomatik korpusun rəhbərlərini qəbul edərək bayram münasibətilə təbrik etməsi həm də islam ölkələri arasında həmrəyliyin və ümumi mənəvi dəyərlərə sadiqliyin ifadəsi kimi qiymətləndirilir. Bu cür görüşə bütün islam ölkələrinin qatılması, İran diplomatının isə saymamazlıq etməsi heç bir əndazəyə sığmır. Ekspertlər hesab edir ki, İslam aləminin ən böyük bayramı, islami həmrəyliyin, qarşılıqlı hörmət və ehtiramın təcəssümü sayılan Ramazan bayramına belə soyuq münasibət “İslami dəyərlərin qoruyucusu”, “islam maraqlarının müdafiəçisi” iddiası ilə çıxış edən bir ölkənin “islam sevgisinin” saxta olduğundan xəbər verir. Ümumiyyətlə, İran dövlətinin işləri son zamanlar heç də yaxşı getmir. İran dünyada təklənib, rejimin dəstəklədiyi Suriya diktatoru son günlərini yaşayır. Suriyada məğlubiyyəti həzm edə bilməyən İran Türkiyə və ərəb dövlətlərinə çox qəzəblidir. Görünür, hadisələr o qədər sürətlə cərəyan edir ki, İranın hakim şovinist rejimi niqablana bilmir, əsil simasını göstərir. İran rejiminin islamı parçalayan bir rejim olduğu, fitnəkar bir dövlət olduğu ilərdir yazılır. İranın islam sevgisi saxtadır, rejim bunu müsəlman torpaqlarını işğal etmiş Ermənistanla qardaşlıq edəndə sübut edib. Bu günlər İran rejiminin daha bir eybəcərliyi üzə çıxdı. İranın şimalında-Güney Azərbaycanda dağıdıcı zəlzələ baş verib. İnsanlar evsiz, eşiksiz, qidasız qalıblar. Ancaq İran rejimi baş verənlərə serçidir. Şovinist rejim hətta Türkiyə və Azərbaycan respublikasından gedən yardımların zəlzələ qurbanlarına çatmasına da əngəllər yaradır. Rejimin bu hərəkəti açıq-aşkar rasizm, ayrımçılıq, şovinizmdir! İran təkcə islam düşməni olduğunu deyil, həm də insanlıq düşməni olduğunu sübut etdi. Bu antihumanist hərəkətlə İran rejimi özünü təkcə islam dünyasının deyil, bütün dünyanın gözündən salmış oldu.
Baş verənlər bir daha göstərdi ki, ki İran əslində təklənməyib. Rejimi bu duruma mollakratiyanın özü salıb. Çünki adı “islam respublikası” olsa da, İran rejiminin islama aidiyyəti yoxdur. İranda hakim ideologiyanın yeganə məqsədi İranda fars hegemonluğunu saxlamaq, islamı parçalamaq, islam, özəlliklə də türk xalqlarının oyanışına, güclənməsinə mane olmaqdır.