İrandan Azərbaycana qarşı daha bir təxribat
29 May 2012 Çərşənbə Axşamı 10:45
Bu ölkənin rəsmi xəbər agentliyi İRİB Azərbaycan Xalq Cümhuriyyətinin İran ərazisində qurulduğunu yazıb.
İranın rəsmi xəbər agentliyi İRİB (İslamic Republik of İran Broadcasting) 28 May - Azərbaycanın Respublika Günü ilə bağlı təxribata yol verib. ANS PRESS-in İRİB-in rəsmi saytına istinadla verdiyi məlumata görə, xəbərdə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə guya İran ərazisində qurulduğunu yazıb.
Məlumatda qeyd edilir ki, 28 may 1918-ci ildə ilk dəfə "Azərbaycan Cümhuriyyəti" adlı dövlət qurulub. Rüsvayçı Gülüstan və Türkəmənçay müqavilələri əsasında İran ərazisindən qoparılmış yerlərdə qurulan dövlətin İstiqlaliyyət Bəyannaməsi və digər rəsmi dövlət sənədlərində rəsmi adı məhz "Azərbaycan Cümhuriyyəti" qoyulub.
İran dövləti isə bu adın qoyulmasına ciddi etiraz etməyib. "Baxmayaraq ki, Azərbaycan ərazisi əsasən İranın tərkibində yerləşirdi və keçmişdə Araz çayının şimalındakı İrandan qoparılmış ərazinin başqa adlarla adlanırdı".
DOSTLARINLA PAYLAŞ: