İrandakı tehsil müessiselerinde Azerbaycan dili tedris olunur
12 Fevral 2014 Çərşənbə 12:30
İranın Azerbaycandakı sefiri ANS PRESS-e açıqlamasında etnik xalqların dillerinin de elave dil olaraq İranda tedris olunmasını deyib.
“İrandakı tehsil müessiselerinde Azerbaycan dili tedris olunur”.
Bunu ANS PRESS-e açıqlamasında İranın Azerbaycandakı sefiri Möhsün Pak Ayin bildirib. Sefir qeyd edib ki, İrandakı tehsil müessielerinde etnik dillerde , o cümleden Azerbaycan dilinde tedris aparılır: “Men İrandakı tehsil müessiselerini nezerde tuturam. Sırf orta mekteb demek istemirem. Bizim dövlet dilimiz fars dilidir ve fars dilinde de tedris aparılır. Lakin etnik xalqların dilleri de elave dil olaraq İranda tedris olunur.
Onun sözlerine göre, prezident Hesen Ruhaninin siyaseti de ondan ibaretdir ki, etnik xalqların medeniyyeti inkişaf etsin: “Biz gelecekde İranın etnik xalqlarının, o cümleden azerbaycanlıların da İranın dövlet quruculuğunda iştirakının şahidi olacağıq”.
DOSTLARINLA PAYLAŞ: