İranda keçirilən İncəsənət Festivalında Azərbaycan türkləri təhqir olunub
29 İyul 2011 Cümə 15:26
Təbrizdə keçirilən İncəsənət Festivalında açılmış sərgidə Azərbaycan türkləri təhqir olunub.
APA-nın məlumatına görə, sərgidə antiazərbaycan və antitürk mövzulu karikaturalar nümayiş etdirilib.
İranın Mədəniyyət və İslamı İrşad Nazirliyi, İslam İnqilabı Keşişçiləri Korpusu və “31 aşura ordusu” təşkilatı tərəfindən Təbrizin Xaqani parkında keçirilən festivalda “Oyaq Azərbaycanın mədəni, siyasi və tarixi” adlı köşkdə nümayiş olunan karikaturalarda milli haqlarını tələb edən Azərbaycan türklərinin hərəkatı, Azərbaycan Respublikası, Vahid Azərbaycan ideyası, boz qurd totemi və digər milli atributlar təhqir olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: