İranda həbsdə olan azərbaycanlı şairlərin məhkəməsinin vaxtı bəlli olub
28 İyul 2012 Şənbə 22:46
İranda həbsdə olan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə bu gün ailə üzvləri ilə görüşüblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, bu barədə İran tərəfi Azərbaycanın Tədbrizdəki baş konsulluğunu məlumatlandırıb.

Məlumata görə, görüşdə Azərbaycanın Təbrizdəki baş konsulluğunun nümayəndəsi də iştirak edib. Bundan iki gün əvvəl isə Təbrizdəki vitse-konsul Nəriman Orucəliyev şairlərlə görüşmüşüb.

Baş konsulluğuna verilən məlumata görə, şairlərin məhkəməsi avqustun 7-ə təyin olunub.

Şairlərin sözlərinə görə, onlar İrana icazəsiz gəlməkdə ittiham olunurlar.

Qeyd edək ki, bu il aprelin 29-da İrana getmiş şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də saxlanılıblar.

Onların həbsindən sonra Azərbaycan Xarici İşlər Mazirliyi İrana 5 nota verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar