İranda həbsdə olan azərbaycanlı şairlər azad olunacağı günü gözləyir
25 İyun 2012 Bazar Ertəsi 22:36
Şəhriyar Del Gerani atası ilə telefon əlaqəsi saxlayıb.
50 gündən artıqdır ki, İranda həbs olunan azərbaycanlı şairlərdən biri, Şəhriyar Del Gerani atası Mail Hacızadə ilə telefon əlaqəsi saxlayıb. Mayıl Hacızadənin sözlərinə görə, Şəhriyar vəziyyətlərinin yaxşı olduğunu, rəsmi qurumların köməyi ilə azad olunacaqları günü gözlədiklərini deyib.