İranda həbs olunmuş azərbaycanlı şairlərin qohumları ilə görüşünə razılıq alınıb
18 İyul 2012 Çərşənbə 11:22
Azərbaycan XİN görüşün detallarını razılaşdırılır.
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfindən həbs olunmuş Azərbaycan vətəndaşlarının qohumları ilə görüşünə razılıq almağa müvəffəq olub. Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Təbrizdəki konsulu iyulun 15-17-də İran tərəfi ilə, o cümlədən Şərqi Azərbaycan vilayətinin ostandarı ilə bir neçə görüş keçirib. Görüşlər nəticəsində şairlərlə qohumlarının görüşünə icazə verilməsi barədə razılıq əldə olunub.

E.Abdullayev hazırda görüşün detallarının razılaşdırıldığını deyib. "Əsas odur ki, biz onların qohumları ilə görüşünə razılıq ala bilmişik. Biz bu məsələni diqqətdə saxlamaqda davam edirik. İran tərəfi hələ də bizə vətəndaşlarımızın saxlanmasının səbəblərini rəsmi şəkildə açıqlamayıb”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar