İranda həbs edilmiş azərbaycanlı şairlərin məhkəməsi avqustun 7-nə təyin olunub
28 İyul 2012 Şənbə 19:27
Bu gün Tebrizdə baş konsulluğun nümayəndəsinin iştirakı ilə həbs edilmiş şairlər öz ailə üzvləri ilə görüşüblər.
İranda həbs edilmiş azərbaycanlı şairlərin məhkəməsi avqustun 7-nə təyin olunub, “Trend”in məlumatına görə, bu barədə XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Məhkəmənin tarixi barəsində Azərbaycan baş kosulluğuna İran təfindən məlumat verilib. E. Abdullayevin sözlərinə görə, bu gün Tebrizdə baş konsulluğun nümayəndəsinin iştirakı ilə həbs edilmiş şairlər öz ailə üzvləri ilə görüşüblər.

Xatırladaq ki, iyulun 26-da Azərbaycanın Təbrizdəki vitse-konsulu Nəriman Orucəliyev İranda həbs edilən azərbaycanlı şairlərlə görüşüb. İki azərbaycanlı şair Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də İranda həbs olunublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar