İran XİN: "Xəzərin statusu ilə bağlı önəmli qərarlar qəbul ediləcək"
10 Mart 2010 Çərşənbə 19:55
Ramin Mehmanpərəst: "İndiyədək məsələlərin 70 faizi razılaşdırılıb"
İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst bildirib ki, yaxın gələcəkdə Xəzərin hüquqi statusu ilə bağlı əhəmiyyətli qərarlar qəbul ediləcək və bu qərarlar Xəzəryanı ölkələrin XİN rəhbərlərinin növbəti iclasında qəbul olunacaq. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Mehmanpərəst əlavə edib ki, Xəzəryanı ölkələrin XİN rəhbərlərinin növbəti iclasında Xəzərin dibi, səthi, sərhədləri və suyunun elmi araşdırılması kimi məsələlərlə bağlı önəmli qərarlar qəbul olunacaq. Onun sözlərinə görə, həmin iclasda sərhədlərin təyin olunması barədə də qərar qəbul ediləcək.

Mehmanpərəst əlavə edib ki, indiyədək Xəzər dənizi ilə bağlı məsələlərin 70 faizi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Xəzəryanı ölkələrin XİN rəhbərlərinin növbəti iclası Tehranda keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar