İran Xəzərdə nərə balıqlarını artırmağı planlaşdırır
23 Oktyabr 2010 Şənbə 12:40
İslam Respublikası bu istiqamətdə böyük təcrübə toplayıb.
İranda nərə balıqlarının qorunması üzrə böyük təcrübə toplanılıb və hazırda onların Xəzərdə artırılmasının bərpası üzrə işlər aparılır. Bu barədə Astanada keçirilən mətbuat konfransında İranın xarici işlər nazirinin müavini Əmir Mənsur Borgeyi deyib.

Onun sözlərinə görə, İranda yarım il balıq ovuna qadağa qoyan, nərə balıqlarının qorunması haqqında qanun qəbul olunub. Bundan əlavə, Borgeyi qeyd edib ki, balıqların kürütökmə prosesi bu balığın yetişdirildiyi Xəzər dənizinin cənubunda aparılır.

Borgeyinin sözlərinə görə, İran Xəzərin ekologiyasının qorunub saxlanmasına böyük töhfələr verir: “Belə ki, dənizə təmiz dağ suyu olan bir çox çaylar tökülür. İranın Xəzəryanı əyalətlərində dənizin bu hissəsini çirkləndirən böyük sənaye müəssisələri yoxdur. Nərə balıqlarının Xəzərin şimalından cənubuna köçməsini nəzərə alsaq, bu, çox vacib amildir”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar